Modern.az

Azərbaycanlı şagirdlər Belqradda - FOTO

Azərbaycanlı şagirdlər Belqradda - FOTO

Aktual

7 Noyabr 2012, 15:07

Modern.az-ın məlumatına görə, usiya Federasiyasının Serbiyadakı Səfirliyi nəzdində fəaliyyət göstərən “Rus məktəbi”ndə Xalq Birliyi Günü münasibəti ilə konsert keçirilib.

Konsertdə məktəbdə təhsil alan və Rusiya, Serbiya, Ukrayna, Belarus vətəndaşları olan şagirdlər Rusiya xalqlarının milli musiqi və rəqsləri ilə yanaşı, serb, Ukrayna, Belarus, italyan, ispan və s. xalqların milli musiqi və rəqslərini ifa ediblər.

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə konsertin proqramına “Rus məktəbi”nin 3-cü sinfində təhsil alan Məcidli Fidan və Məcidli Rəhimin ifası daxil edilib. Mill paltarda və əllərində Azərbaycan bayrağı ilə səhnəyə çıxan azərbaycanlı şagirdlər əvvəlcə görkəmli Azərbaycan şairi Səməd Vurğunun məşhur “Azərbaycan” şerini Azərbaycan və rus dillərində söyləyib, daha sonra isə “Naz eləmə” milli rəqsini ifa ediblər. Onların çıxışı Azərbaycan haqqında videoçarx və slaydşou ilə müşayiət olunub. Azərbaycanlı şagirdlərin ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıbdır.

Qeyd edək ki, bu tədbir Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin qatıldığı ilk belə tədbir deyil. Belə ki, 15-16 dekabr 2011-ci il tarixlərində Mərkəzin təşkilatçılığı ilə Rusiya Federasiyasının Serbiyadakı Səfirliyi nəzdindəki “Rus məktəbi”ndə “Azərbaycan günləri” keçirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək