Tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Modern.az “Yeni Sabah”a istinadən xəbər verir ki, S.Əliyeva öz müraciətində qardaşının ağır durumda olduğunu qeyd edib:
“Səyyad indi zülmətdədir. Sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər onu da qaytarsınlar. Mehriban xanım ümid yerim Sizsiniz”.
Bildirək ki, koronavirusa yoluxan S. Əlizadənin durumu ağır vəziyyətdədir. O, müalicə olunduğu Zığ qəsəbəsindəki modul tipli xəstəxanada bu gün komaya düşüb.