Rusiyanın Xabarovsk vilayətində sentyabrın 22-də radarlardan itmiş “AN-26” hərbi təyyarəsinin qalıqları tapılıb.
Modern.az xəbər verir ki, təyyarənin Korfovski qəsəbəsi yaxınlığında “Bolşexextsir” qoruğuna düşdüyü bildirilir.
Rusiya mətbuatının yazdığı son məlumata görə, “AN-26” təyyarəsində olan 6 nəfərin hamısı həlak olub.
“Lyotnıye proverki i sistemı” QSC-yə məxsus “AN-26” təyyarəsindəki 6 nəfər pilotlar və texniki mütəxəssislər idi. Təyyarə rabitə vasitələrini testdən keçirmək üçün texniki uçuş həyata keçirib.