İran Gorus-Qafan yoluna alternativin inşası üçün Ermənistan yardım edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə İranın yollar, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı nazirinin müavini Xeyrulla Xademi açıqlama verib.
“Ermənistanla yük və sərnişin daşınmasını bərpa etmək üçün danışıqlar aparırıq. İran-Ermənistan yolu İslam Respublikası üçün strateji əhəmiyyət daşıyır. Biz yola baş çəkdik və Ermənistana tikinti üçün dəstək verməyə hazırıq. Öz mühəndis və texniki imkanlarımızı bölüşməyə hazırıq”-, deyə Xademi söyləyib.
Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.