Modern.az

Lerik-Kəlvəz yolu açıldı -YENİLƏNİB

Lerik-Kəlvəz yolu açıldı -YENİLƏNİB

Hadisə

12 Oktyabr 2021, 13:22

Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş vermişdi. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı.

 

Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu.

 
 

 

 

***

12:00

 

“Lerik-Kəlvəz yolunun bir hissəsi qaya parçalarından təmizlənib”.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Rəsmi məlumata görə, hərəkət qismən bərpa olunub:

“Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından tam təmizlənməsi istiqamətində işlər davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü