Modern.az

Laçında qəbirüstü at fiqurları tapıldı

Laçında qəbirüstü at fiqurları tapıldı

Aktual

26 Oktyabr 2021, 16:46

Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.

 

Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: “Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir