Modern.az

Rusiyalı ekspertdən gülünc versiya: “Qarabağda 15 “Bayraktar” zərərsizləşdirilib”

Rusiyalı ekspertdən gülünc versiya: “Qarabağda 15 “Bayraktar” zərərsizləşdirilib”

Aktual

28 Oktyabr 2021, 11:53

Rusiyalı hərbi ekspert İvan Konovalov “Bayraktar” dronları barədə gülünc versiya səsləndirib.

 

Modern.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində qonaq qismində danışan Konovalov Qarabağ döyüşlərində 15 “Bayraktar”ın zərərsizləşdirildiyini iddia edib.

“Rusiyanın radioelektron mübarizə vasitələri Qarabağ müharibəsi zamanı 15 “Bayraktar”ı yerə endirib. Bunu hamı yaxşı bilir! Ukrayna nə istəyir? Onların cəmi 12 “Bayraktar”ı var. Burada, Donetskdə də eyni hal olacaq. Ya “Bayraktar”ları vuracayıq, ya da endirəcəyik” -, deyə Konovalov söyləyib.

 

Xatırladaq ki, Qarabağda gedən döyüşlərdə Ermənistan tərəfinin Rusiyanın radioelektron mübarizə vasitələrindən istifadə etməklə “Bayraktar” vurması barədə heç bir fakt yoxdur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi