Modern.az

BMT Fələstini dövlət kimi tanıdı

BMT Fələstini dövlət kimi tanıdı

Dünya

30 Noyabr 2012, 08:10

Bununla bağlı qurumun Baş Assambleyası səs çoxluğu ilə qətnamə qəbul edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamənin lehinə 138 dövlət, əleyhinə isə ABŞ, İsrail, Çexiya, Kanada, Panama da daxil olmaqla 19 ölkə səs verib. 

Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcək. Qətnamədə fələstinlilərə öz müqəddəratını təyin etmək və 1967-ci il sərhədlərində müəyyən olunmuş Fələstin dövlətini yaratmaq hüququ təsdiq olunub.

BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnamədə Yaxın Şərqdə sülh prosesinin dərhal davam edilməsinə çağırılıb, və fələstinlilərlə İsrail arasında “ədalətli və davamlı sülhə nail olmasının  vacibliyi” qeyd edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir