Modern.az

Parlamentdə Şəhid ailələrinin və qazilərin ev problemi qaldırıldı

Parlamentdə Şəhid ailələrinin və qazilərin ev problemi qaldırıldı

Aktual

17 Noyabr 2021, 12:34

"Şəhid ailələrinə və qazilərə mənzillərin hansı prinsiplərlə verilməsinə aydınlıq gətirilməlidir. Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istərdik Şəffaflıq olmadıqda narazılıq olur"

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, ağır vəziyyətdə yaşayan şəhid ailələri və qazilər var ki, evlə təmin olunmayıb:

 

“Təklif edirəm ki, hər rayonda şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalara millət vəkilləri dəvət edilsin. Çünki bütün millət vəkilləri öz rayonunda olan şəhid ailələri və qazilərlə bağlı kifayət qədər məlumatlıdırlar”.

 

M. İbrahimqızı qeyd edib ki, əlilliyi kəsilən insanlarla bağlı problem qalmaqdadır:

 

“İnsanlar 2-3 aydır pul ala bilmirlər. Digər tərəfdən, məşğulluq problemi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonunu alqışlayıram. Digər dövlət qurumları da bu marafona qoşulmalıdır. Onlar işə götürdükləri şəhid ailələri və qazilərlə bağlı məlumatı bizimlə bölüşsələr, yaxşı olar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi