Modern.az

Gəlirlər sığorta yığımları hesabına FORMALAŞIB  

Gəlirlər sığorta yığımları hesabına FORMALAŞIB  

Aktual

17 Noyabr 2021, 13:14

"Əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini gücləndirmək üçün işlər görülür".

 

Modern.az xəbər verir ki, bunu "İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

 

Nazir müavini qeyd edib ki, 2022-ci il üçün nəzərdə tutulan gəlirlərin ümumi faizi işsizlikdən sığorta yığımları hesabına formalaşıb:

 

"Dövlət başçısının tapşırığına uyğun olaraq həyata keçirilən özünüməşğulluq layihəsinə 46 %-dən çox vəsait ayrılıb. Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı üzrə aqrar obyektlərin sığortalanması tətbiq ediləcək. 2022-ci ildə Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Növbəti ildə məşğulluq tədbirlərin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək”

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi