Modern.az

Sosial yardım yaşayış minimumuna uyğunlaşdırılacaq

Sosial yardım yaşayış minimumuna uyğunlaşdırılacaq

Aktual

17 Noyabr 2021, 15:06

"2023-cü ildə ünvanlı sosial yardım yaşayış minimumuna uyğunlaşdırılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Komitə sədri bildirib ki, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq 5%-ə enir:

 

“Yəqin ki, 2023-cü ildə bu fərq tamamilə aradan qalxacaq və büdcədə ehtiyac meyarı anlayışına ehtiyac qalmayacaq. Ehtiyac meyarı yaşayış minimumu ilə bərabərləşdiriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi