Modern.az

Komitə sədrlərindən təklif - Uşaq bezləri ƏDV-dən azad olunsun

Komitə sədrlərindən təklif - Uşaq bezləri ƏDV-dən azad olunsun

Aktual

17 Noyabr 2021, 15:59

Milli Məclisin bu gun keçirilən plenar iclasında uşaq qidaları və bezlərinin əlavə dəyər vergisindən azad olunması təklif edilib.

 

Modern.az xəbər verir ki, deputatlar Qənirə Paşayeva və Musa Quliyev məsələ barədə fikirlərini bildirib.

 

Qənirə Paşayevanin sözlərinə görə, bu, minlərlə azərbaycanlı gənc ailələrin əsas problemidir:

 

“Qonşu Gürcüstanda hətta uşaq geyimləri ƏDV-dən də azaddır. Azərbaycanda da uşaq qidaları və bezlərə ƏDV ya ləğv edilsin, ya da azaldılsın. Uşaqların qidalanması onların bütün gələcəyi ilə bağlıdır. Bu, bizim genefondumuzdur. Kifayət qədər az və orta təminatlı ailələr üçün uşaq qidaları və bezlər bahalıdır. Biz çox xahiş edirik ki, boşanan ailələrin, aliment ala bilməyən anaların sayını nəzərə alaraq, gənc ailələrə dəstək məqsədilə uşaq qidaları və bezlərə tətbiq edilən ƏDV azaldılsın. Bu ailələrə dəstək olardı. Bu məsələyə baxılması vacibdir”.

 

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də uşaq qidaları və bezlərinin ƏDV-dən azad olunmasını vacib sayıb:

 

“Nə uşaq qidaları, nə də uşaq bezləri Azərbaycanda istehsal olunur. Hökumətdən xahiş edirəm ki, bu istiqamətdə iş aparsın".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi