Modern.az

Bu vaksin 5-11 yaşlı uşaqlar üçün təhlükəsizdir

Bu vaksin 5-11 yaşlı uşaqlar üçün təhlükəsizdir

25 Noyabr 2021, 16:50

Avropa Dərman Agentliyi 5-11 yaş aralığında olan uşaqları koronavirusdan qorumaq üçün "Pfizer-BioNTech" vaksininin təhlükəsiz olduğunu açıqlayıb.

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, 2000-ə yaxın uşaq üzərində aparılan araşdırma nəticəsində belə bir qərar verilib.

Qeyd olunan yaş qrupunda peyvənd olunan uşaqlarda vaksin vurulan yerdə ağrı, qızartı müşahidə olunub, yorğunluq, baş ağrısı əmələ gəlib.

Açıqlamada əks təsirləri yüngül olduğu üçün 5-11 yaş qrupunda olan uşaqlara "Pfizer-BioNTech"vaksininin faydalı olduğu bildirilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir