Modern.az

Ərdoğan: "Azərbaycanın yanında olmağa davam edəcəyik"

Ərdoğan:

Dünya

28 Noyabr 2021, 12:58

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə inkişafın və rifahın da önünü açıb. Qardaşlarımızın atdığı addımlar bölgədə vəziyyəti sabitləşdirmək xarakteri daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.

 

Prezident qeyd edib ki, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək:

 

"Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq da Azərbaycanın yanında olmağımız böyük əhəmiyyət kəsb edir. Zəngəzur koridorunun da önəmi məlumdur. Nəqliyyat dəhlizlərinin inkişafı bizim üçün vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!