“İl ərzində doğulan oğlan uşaqlarına verilən adlar içərisində Əli, Yusif, Məhəmməd, Uğur, qız uşaqlarına verilən adlar içərisində isə Zəhra, Məryəm, Fatimə üstünlük təşkil edib”.
Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, gülünc, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub:
“Bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır. Adlar qoyulan zaman onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir”.