Modern.az

Tural Gəncəliyev xankəndlilərin məktəb problemindən DANIŞDI

Tural Gəncəliyev xankəndlilərin məktəb problemindən DANIŞDI

Aktual

14 Dekabr 2021, 11:43

Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında xankəndlilərin məktəb problemindən danışıb.

 

Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, xankəndlililər Bakıdakı Nizami Gəncəvi adına 4 saylı orta məktəbdə fəaliyyət göstərir:

 

"Bu məktəbin fəaliyyəti 2013-cu ildə bərpa edilib. Bu gün şagirdlərin sayı 1400 nəfəri keçib. Məktəbdə yaranan sıxlığa görə xankəndililər daha uzaq məsafəyə getməyə məcbur olurlar. Bu səbəbdən də xahiş edirik ki, əhalinin böyük qayıdış prosesi başlayana qədər modul tipli məktəb tikilsin"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi