Modern.az

Bəlkə elə Ağdam şəhərini bütünlükdə qoruq edək?

22 Noyabr 2020, 10:31

Vüqar Tofiqli


Dünyanın ən xoş təkəbbürlü şəhəri bu gün azadlıqdadır. Ali Baş  komandanın qətiyyəti ilə artıq Ağdam şəhəri də erməni işğalçılarından təmizləndi. Çox sevincliyəm. Hər bir Ağdamlının, Qarabağlının, Azərbaycanlının üzü gülür, sevinclidir. Otuz illik müharibə siyasi müstəviyə keçməklə başa çatmaq üzrədir.

Qarabağın gözü, siyasi və mədəni mərkəzi sayılan Şuşa şəhəri hərb yoluyla ermənilərdən təmizləndi. Ağdam şəhəri isə ilk olaraq məğlubiyyət aktına əsasən Azərbaycana təhvil verildi.

Bəli, bu gün hər birimiz  qızıl hərflərlə yazılan bu tarixin şahidiyik. Ancaq  gəlin etiraf edək ki, hələ görüləsi işlərimiz daha çoxdur.

Qısa şəkildə olsa da, məhz görüləsi işlərlə bağlı bir məqama xüsusilə toxunmaq istərdim.

Bu gün Ağdamın görüntülərinə baxdım.  Bundan əvvəl isə Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilan şəhərinin görüntülərinə baxmışdım.

Ermənilərin bu xislətinin bildiyimdən mənə “çöçin” gəlmədi. Açığı o vaxt təəccüb  edərdim ki, sadaladığım şəhərlərdən  nə isə bir bina, bir ev salamat qalmış olsun.  Nə isə...

Bəs biz bundan sonra nə etməliyik, hansı addımları atmalıyıq.

İstər 44 günlük müharibə, istərsə də ondan sonra baş verən proseslər ondan xəbər verir ki, hər bir addım ölçülü-biçili şəkildə atılır. Və artıq bu şəhər və qəsəbələrin, kəndlərin bərpası ilə bağlı layihələrin hazırlanmasına başlanıldığı deyilir.

Gəldiyim qənaət odur ki, ölkəmiz Ermənistanın törətdiyi vəhşiliyə görə təzminat tələb etmək fikrində israrlıdır. Üstəlik maddı-mədəni irsimizə vurdugu ziyanın miqyası dəqiqləşdirilir. Çox ciddi məsələdir. Unutmayaq ki, düşməni bağışlamaq özü bir xəyanət hesab edilir. Bu istiqamətdə atılan addımları alqışlayıram.  

Belə məqamda nəyi təklif edərdim. Bu gün Qarabağın girşi qapısı sayılan, regionun iqtisadi mərkəzi hesab edilən Ağdamın bərpası zamanı bir məqamın nəzərə alınmasını istərdim. Və bu tək mənim yox, deyərdim yüzlərcə insanın fikridir.

Ağdam və digər işğal altından azad edilmiş yaşayış məntəqələri bərpa edilərkən bu yaşayış məntəqələrində, xüsusəndə  şəhərlərdə ermənilər tərəfindən  məhv edilmiş  maddi-mədəni irs nümunələri olan ərazini qoruq olaraq olduğu kimi saxlanılmasını təklif edərdim.  Əsas məqsəd isə erməni barbarlığını əyani şəkildə gələcək nəsllərə, qonaqlara, xüsusən də xarici ölkələrdən gələn rəsmilərə və turistlərə göstərmək olmalıdır.

Ağdam şəhərində isə bu daha geniş ərazini əhatə edə bilər. Ağdam Çörək Muzeyindən (keçmiş Od dəyirmanı) başlayaraq, Bulvar da  daxil olmaqla mərkəzi hissəni nümayiş üçün konservasiya etməklə saxlamaq olar. Açıq havada muzey kimi saxlamaqla, dağıdılmış abidələrin  və ya digər mədəni irs hesab edilən abdiələrin mini varinatını  yanındaca nümaiyş etdirməklə müqayisəli şəkildə təqdim etmək olar.  Deyərdim Ağdamın mərkəzi hissəsində məhz bu addımı atmaq olar.  1964-cü ildə inşa edilən “Dostluq” kinoteatrı, bulvar, Əmək sarayı, üzbəüz Rabitə evi. Son illərdə   həmin ərazidə ikimərtəbəli təhsil şöbəsinin və həmkarlar təşklatının binası inşa edilmişdi. Əmək sarayının yanında isə tikintisi yarımçıq qalmış ziyalılar evi var idi. Küçənin sonunda 1987-ci ildə istifadəyə verilmiş və çox müasir üslübda, mərmər üzlüklə üzlənmiş ikimərtəbəli “raykom” binası yerləşirdi. Buradan mərkəzi meydan başlayırdı.  Mərkəzdə qoyulan  “Fərhadın” heykəli  isə son illərdə “Rabitə evi”nin qarşısına köçürülmüşdü. Mərkəzi meydanda isə 1949-cu ildə istifadəyə verilmiş teatr binası, sol tərəfdə 1965-ci ildə istifadə verilmiş “raykom”un köhnə binası, sağ tərəfdə isə dördmərtəbəli “rayispolkomun” binası vardı. “Rayispolkom”un binasıyla üzbəüz isə ikimərtəbəli  köhnə  mehmanxana gəlirdi. “Rayispolkom”in arxa tərəfində isə 80-ci illərin ortalarında istifadəyə verilən ən müasir üslubda inşa edilən mehmanxana yerləşirdi. Məscid binasından baxanda isə  görünən yarımçıq bina məhz həmin mehmanxanaın qalıqları və mehmanxananın restoranı idi. Onu da əlavə edim ki, Məscidlə üzbəüz Ağdamın brendi hesab hesab edilən  və 1986-cı ilin iyulunda istifadəyə verilən məşhur Çay evinin izi tozu belə qalmayıb.

Yəni sadaladığım yerlərin maddi mədəni irs nümunəsi kimi əhəmiyyətini nəzərə alıb düşünürəm  bu ərazilərdə konservasiya işləri aparmaqla  açıq havada muzey kimi saxlamaq  lazımdır. 

Bəlkə elə Ağdam şəhərinin bütünlükdə qoruq edək?  Nə düşünürsünüz?  Bəlkə   “dünyanın ən varlı” şəhərini “ruhlar şəhəri”ndən ayırıb, yaxınlıqda yenidən  “xoş təkəbbürlü bir şəhər” salaq?  Düşünməyə dəyər...

Bu gün bizim əsas işimiz ərazilərin bərpasıyla yanaşı,  ermənilərin ölkəmizə, doğma Qarabağımıza vurduğu ziyanı hesablamaqla, təzminat tələb etməklə bərabər, bu ağrı-acıları gələcək nəslə məntiqə söykənməklə çatdırmaq və bizim hansı bir şərəfsiz qonşu ilə üz-üzə qaldığımızı əyani şəkildə bildirməkdir.

Bu qədər ağrı-acılardan, əzab-əziyyətdən sonra hər hansı səhvə yol verməyə haqqımız yoxdur!  Hər bir addımımız strateji plana uyğun atılmalı, qonşumuzun nə qədər murdar olduğunu unutmamalı, habelə içimizdəki erməni xislətlilərə də Vətən hissini yenidən aşılamalıyıq. Artıq başqa yolumuz yoxdur.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü