Modern.az

Çörək niyə baha satılır? - REPORTAJ

Çörək niyə baha satılır? - REPORTAJ

Reportaj

11 Yanvar 2022, 10:36

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik olub.

 

Maraqlıdır, paytaxtdakı mağazalar bu qiymət artımından necə istifadə edib?

 

Modern.az saytının əməkdaşı çörəklərin satış qiymətini öyrənmək üçün "Araz", "Bravo", "Rahat", "Bazarstore" supermarketlərini gəzib.

 

Müşahidələr nəticəsində məlum olub ki, bəzi mağazalar qiymət artımından istifadə edərək, zavod çörəyini tətbiq olunan qiymətdən də baha satır. Bundan əlavə, bir neçə mağaza isə heç çörəyin qiymətini qeyd etmir. Alıcı kassaya yaxınlaşdığı zaman çörəyin qiymətini öyrənir.

 

Bəzi alıcılar isə idda edirlər ki, çörəyi müəyyən olunan yuxarı həddən baha satmaqla yanaşı, çəkisini də azaldıblar.

 

Satıcılar isə alıcıların dediklərini təsdiqləmir. Belə ki, çörək satıcısı bildirir ki, çörəklər sabit qiymətə satılır və çəkisi də qiymətinə uyğun olur.

 

Mağazadan şəkilləri təqdim edirik:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı