Modern.az

Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı AÇIQLANDI

Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı AÇIQLANDI

Aktual

11 Yanvar 2022, 11:30

Azərbaycanda 800 nəfərin pensiyası ali təhsil stajına görə artıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev "Sosial saat" verilişində bildirib.

 

O qeyd edib ki, həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb:

 

“Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”.

 

DSMF rəsmisi qeyd edib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik