Modern.az

İcbari tibbi sığorta ilə bağlı İşçi qrup yaradılıb

İcbari tibbi sığorta ilə bağlı İşçi qrup yaradılıb

Aktual

21 Yanvar 2022, 14:34

“Xəstəxanalrda icbari tibbi sığortanın tətbiqi 2017-ci ildən etibarən pilot layihə kimi həayata keçirilir. Ölkəmizdə mərhələli şəkildə İcbari Tibbi sığorta tətbiq edilməyə başlayıb”.

 

Modern.az xəbər verir ki, bunu Respublika Klinik Xəstəxananın direktoru Azər İsmayılov bildirib.

 

Onun sözlərinə görə, TƏBİB-in tabelliyində olan tibb müəssisələrində Agentliyin idarə heyətinin qərarı ilə işçi qrupu yaradılıb:

 

“Bütün xəstəxanalarda elektronlaşma işi aparılıb. Məlumatlar, atılan hər bir addım elektron məlumat sistemi vasitəsilə qeydiyyata alınır və eyni zamanda idarə olunur. Xəstəxanalarda icbari tibbi sığortanın yeni yanaşmaları ortaya qoyulub”.

 

A.İsmayılov qeyd edib ki, xəstəxanadaxili poliklinikaların fəaliyyəti çox önəmlidir:

 

“Poliknikada ambulator xidmətin həyata keçirilməsi tamamilə ayrı yön alıb. Profilindən asılı olaraq, ixtisaslı həkimlər xəstənin poliklinikada yerləşdirilməsi, ambulator müayinə-diaqnostika və müalicədən keçirərək əgər stasionar şöbəyə ehtiyac yoxdursa, xəstəxanadan evə buraxılmasını həyata keçirir. Əgər xəstənin stasionar şöbəyə ehtiyacı varsa, o zaman poliklinikada aparılan müayinə və müalicə diaqnostikanın nəticəsi olaraq, stasionar şöbəyə yazılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var