Modern.az

Təxirə salınan Bakı-İstanbul reysləri sabaha qaldı

Təxirə salınan Bakı-İstanbul reysləri sabaha qaldı

Aktual

25 Yanvar 2022, 15:13

İstanbul beynəlxalq hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırılıb.

 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib. 

 

Məlumata görə, bununla əlaqədar AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

 

"Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzindən, AZAL-ın İstanbul nümayəndəliyindən, rəsmi sosial şəbəkə hesablarından və KİV vasitəsilə almalarını xahiş edirik", - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik