Modern.az

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

Aktual

27 Yanvar 2022, 09:32

Ümumi cərrahiyyə və periferik damar cərrahiyyəsi üzrə uzman həkim Elba Alıyev fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirəcək. 

 

Mərkəzdən Modern.az-a verilən məlumta görə, E.Alıyev 2015-2020-ci illərdə Ankara Universitetində ümumi cərrahiyyə və periferik damar cərrahiyyə üzrə uzmanlıq təhsili alıb. Təhsil aldığı müddətdə bir sıra konqres və kurslarda aktiv iştirak edib.

 

2020-ci ildən sonra isə bir sıra özəl və dövlət xəstəxanalarında həkim-cərrah vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Uzman Dr. Elba Alıyev 17 avqust 1987-ci ildə Göyçə mahalının Sarıyaqub kəndində anadan olub. Orta təhsilini Kimya-Biologiya Təmayüllü liseydə oxuyub. 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində, 2011-2015-ci illərdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Ümumi Cərrahiyyə ixtisası üzrə rezidentura təhsili alıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var