Modern.az

Hamı əlində telefon məktəbdə qalmaqal axtarır - SƏBƏB

Hamı əlində telefon məktəbdə qalmaqal axtarır - SƏBƏB

Təhsil

27 Yanvar 2022, 14:51

“Dövrümüzün təhsil sistemi çox fərqli sistemə yönəlib. Sanki hər kəs əlinə telefon alıb, məktəb axtarır ki, hadisə baş verən kimi çəkib sosial şəbəkədə paylaşsın”.

 

Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov son günlər təhsil ocaqlarında baş verən hadisələrlə bağlı Modern.az-a danışarkən deyib.

 

O, son vaxtlar məktəblərə xarici müdaxilənin çox olduğunu vurğulayıb:

 

“Mən hesab edirəm ki, burda bir çox məsələlər var. Belə hadisələrin baş verməsində həm valideyn, həm məktəb, həm də müəllimə məsuliyyət daşıyır. Bu hadisələr bir daha onu göstərir ki, məktəblərə müəllim seçimində, direktor təyinatında çox diqqətli olmalıyıq.

 

Müəllimlərin və direktorların imtahan, müsabiqə yolu ilə seçilməsinin bir sıra hallarda mənfi xüsusiyyətini görürük".

 

 

"Məktəb qaydalarına riayət etməyən şagirdlərlə bağlı ciddi tədbirlər görülməlidir. Biz son vaxtlar məktəblərin daxilindəki proseslərə çox müdaxilə etdik. Müəyyən mənada bu da belə hadisələrin çoxalmasına təkan verdi. İndi sanki hamı əlinə telefon alıb, axtarır ki, hansısa bir məktəbdə hadisə olsun onu çəkib paylaşsın. Biz bu məsələlərdən çıxış yolu tapmalıyıq.

 

Bundan əlavə, müəllim işə götürüləndə, məktəbə direktor təyin olunanda bir neçə məsələ nəzərə alınmalıdır. Yəni məktəblərdə məsul şəxslərin psixoloji durumu, şagirdlə işləmək qabiliyyəti, insanlarla danışıq qabiliyyətinin hamısı yoxlanılmalıdır. Məsələn, son zamanlar bəzi məktəblərə gənc direktorlar təyin ediblər. Həmin direktorların müəyyən qədərə iş təcrübəsi olmadığı üçün kollektivlə işləməyi bacarmırlar” , - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir