Modern.az

Ziya Məmmədov dövləti aldatdı - Eks-nazir sorğulana bilər

Ziya Məmmədov dövləti aldatdı - Eks-nazir sorğulana bilər

İqtisadiyyat

9 Fevral 2022, 12:01

Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana əsasən, Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

Bakı Nəqliyyat Agentliyinin özü isə paytaxt Meriyasının idarəetməsində olacaq.

Bir neçə il bundan öncə keçmiş Nəqliyyat Nazirliyi tərəfindən dayanacaqlarda nəqliyyatın intellektual idarə edilməsi məqsədi ilə monitorlar quraşdırılmışdı. Qısa müddət ərzində istifadə olunan monitorlar sonradan nədənsə çalışmadı. Bəzi dayanacaqlarda isə sözügedən monitorlar çıxarıldı.


Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Daxili İşlər Nazirlyinin tabeliyinə keçdikdən sonra milyonlarla vəsait hesabına alınmış monitorların taleyi necə olacaq?

Daxili İşlər Nazirliyindən sualımıza cavab ala bilmədiyimizdən, nəqliyyat sahəsini araşdıran ekspertə müraciət etdik

Bu sahəni tədqiq edən ekspert-jurnalist Elməddin Muradlı Modern.az-a bildirdi ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə həmin monitorların quraşdırılmasına milyonlarla vəsait xərclənib.


Onun sözlərinə görə, sərəncanmla Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinə tabe edilib və vaxtilə dayanacaqlarda quraşdırılan monitorlarla bağlı gələcəkdə hansı qərarın veriləcəyini indidən demək çətindir:



“Bakı Nəqliyyat Agentliyi iddia edir ki, monitorlardan səmərəli istifadə ediblər. Onda belə çıxır ki, ya Agentlik düzgün istifadə etməyib, ya da Ziya Məmmədov sistemi köhnə avadanlıqlarla qurmuşdu deyə ortaya belə xoşagəlməz mənzərə çıxmışdı. Monitorlar effekt vermədi. Ən azı 10 ilə yaxındır monitorlarla məşğul olurlar, heç bir tərəfini də düzəldə bilmirlər. Bu gün kimsə dayanacaqda hansısa avtobusun necə dəiqəyə gəlib çatacağını görə, hansı yolda avtobusun tıxaca düşdüyünə baxa bilmir. Küçələrdə bəzi məlumatverici monitorlar var idi ki, onlar da hansı küçədə tıxac var, hansı küçədə hərəkət etmək olar kimi məlumat verməli idi. Amma indi onlar da işləmir. Bu gün BNA tərəfindən həmin monitorlarda “Evdə qal”, bayramlarda təbrik və s. kimi paylaşımlar edilir. Amma dövlət bu monitorlara kifayət qədər ciddi pullar xərcləmişdi. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin qurulması dövlətə 300 milyon manat hesabına başa gəldi. O sistem informasiya texnologiyası xidməti göstərilməli idi, amma göstərə bilmədi, milyonlar da batdı”.
 

E.Muradlı qeyd edib ki, Ziya Məmmədovun bütün işləri belə olub:
 

“Adını yaxşı qoydular: pis düzəltdilər. Yolların da təqdimatını yüksək səviyyədə edirdi, amma nəticəyə gələndə tamam başqa mənzərə ilə qarşılaşırıq. Bakı -Sumqayıt-Quba beton yolunu salınanda Ziya müəllim dedi ki, 30 il rahat işlədə biləcəyik. Amma 3 ildən sonra dağıldı. Onun da hesabatını vermədi və cəzasını çəkmədi. Dövləti, insanları aldatdı, indi də rahatca öz işi ilə məşğuldur və haralardasa öz kefində gəzir. O bu dövlətə milyonlar yox, bəlkə də milyardlarla ziyan vurub. İndi biz də BNA -nın üzərinə düşürük ki, niyə o sistemi lazımınca işlətmirsiniz? BNA əvvəldən şikəst doğulmuş uşağı necə sağlam böyütsün? Bu da problemdir”.



Ekspertin sözlərinə görə, Daxili İşlər Nazirliyi Nəqliyyatın yəqin ki, İntellektual İdarəetmə Mərkəzindən yalnız kamera görüntüləri üçün istifadə edəcək:


“Gələcəkdə bəlkə də maliyyə imkanları yaransa, yeni sistem qurmaqla monitorlardan faydalı iş üçün istifadə etmək olar. Söküb atmaq da düzgün deyil. Çünki dünya artıq süni intellekt əsasında yolların, şəhərlərin idarə edilməsinə gedir. Müasir dövrdə sürücüsüz avtomobillər meydana çıxır. Bunları da süni intellekt idarə edir. Sürücüsüz avtomobilə yolda polis əl ilə işarə vermir. Yollardakı sfetaforlar da, nəqliyyat nişanları da süni intellektlə idarə edilir. Bu gün sürücüsüz avtobus alıb Bakıya gətirsək, ona cavab verəcək bir dənə də olsun texnologiya yoxdur. O pullar da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ona görə xəsrclənmişdi ki, gələcəkdə dünyadakı inkişafla ayaqlaşmaq üçün yeniliklər olsun. Amma bunlar o pulları xərclədilər və məlum oldu ki, bu yenilənmə üçün pul, müqavilədə hansısa bənd nəzərdə tutulmayıb. Koreya şirkəti gəlib o sistemi qurdu. BNA -də başqa ölkənin şirkəti ilə müqavilə bağladı və bəzi yeniliklər etdilər”.
 

E.Muradlı deyir ki, prespektivdə nə olacağını zamanla görəcəyik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir