Modern.az

Deputat Lənkəranda gənclərlə görüşüb - FOTO

Deputat Lənkəranda gənclərlə görüşüb - FOTO

Aktual

11 Yanvar 2013, 16:03

Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli bu günlərdə Lənkəranda “Gəncliyimiz gələcəyimizdir” mövzusunda gənc seçicilərlə görüş keçirib. Mondern.az-ın məlumatına görə, söhbət, dialoq şəkilində aparılan polemikalarda, H.Rəcəbli  gənclərin sosial müdafiəsi ilə bağlı movcud hüquqi baza haqqında, ölkədə gənclər üçün yaradılmış münbit işgüzar mühüt və dövlət proqramları haqda geniş söz açıb. Deputat qeyd edib ki, əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin qlobal gənclər siyasəti,  bu gün də uğurla davam edirilir, yeni-yeni dəstək proqramları ilə daha da gücləndirilir. Gənclər, rayonda bu sahədə görülən işlər, onları maraqlandıran suallarla və mövcud qayğılarla bağlı  deputatla polemikaya giriblər.

Qeyd olunub ki, rayonda 120 gənc sahibkarlıq fəaliyyəti ilə məşqul olur, güzəştli kreditlər alır. Yaradılan yeni iş yerlərində son iki ildə 600-dən çox cavan işlə təmin olunmuş, fəal həyata qoşulublar.

 Söhbətdə milli-mənəvi dəyərlərə hörmət, siyasi fəalliq məsələlərinə də yer ayrılıbdır. Gənclər prezident İlham Əliyevin yenidən prezident görmək istədiklərini bildirərək, ancaq ona səs verəcəklərini vurğulayıblar.

Hadi Rəcəbli qış tətili  dövründə, Lənkəranda deputatın qəbul otağının konfrans zalında silsilə görüşlər kecirib. Rayonun inzibati ərazi nümayəndələri, kənd bələdiyyə sədrləri ilə 2012-ci ilin yekunu ilə bağlı “Reallıqlar, perspektivlər və qayğılar” mövzusunda söhbət aparılıb. Söhbət zamanı rayonun sosial-iqtisadi problemləri ilə bağli məsələlər müzakirə olunub, rayonda aparılan tikinti quruculuq işlərinin maştabı xüsusi vurğulanıb və müsbət dəyişikliklər qeyd olunubdur. Təkcə gələn il üçün 10 məktəb binasının tikilişi, birinin isə əsasli təmir ediləcəyi qeyd olunub.

Görüşdə kənd ara yollarının təmirinə daha çox vəsait ayrılması arzusu səsləndirilib, eyni zamanda qarşıda duran vəzifələrin həlli istiqamətində gələcəkdə görüləcək işlər müəyyənləşdirilib.

Milli Məclisin deputatı həmçinin yanvarın 10-da Lənkəranda seçiciləri ilə görüş keçirib. H. Rəcəbli seçicilərin arzu və istəklərini dinləyib, onların problemləri ilə yaxından maraqlanıbdır. Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildirib, seçkilərdə ancaq ona səs verəcəklərini qeyd  ediblər.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!