Modern.az

Rabitəbank nizamnamə kapitalını artırdı

Rabitəbank nizamnamə kapitalını artırdı

Aktual

11 Yanvar 2013, 16:36

“Rabitəbank” ASC nizamnamə kapitalını 5 milyon manat artıraraq 2013-cü ilin əvvəlinə 35 milyon manata, məcmu kapitalını isə 39 milyon manata catdırıb. Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, başa çatmış 2012-ci ildə Səhmdarların Ümumi Yığıncağında bankın nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib. Bu məqsədlə il ərzində mərhələli şəkildə əlavə səhm emissiyaları həyata keçirilib və bütün səhmlər Bakı Fond Birjası vasitəsi ilə açıq abünə yolu yerləşdirilib.

2013-cü il ərzində “Rabitəbank” nizamnamə kapitalının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Rabitabank” artıq 20 ildir fəaliyyət göstərir. Hazırda bank 18 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!