Modern.az

DYP Bakı-Sumqayıt yolundakı tıxacın səbəbini açıqladı

DYP Bakı-Sumqayıt yolundakı tıxacın səbəbini açıqladı

Aktual

1 Aprel 2013, 12:48

Bu gün səhər saatlarında bir az öncəyədək Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti dayanıb və maşınların böyük tıxacı yaranıb. Bakıdan Sumqayıta və əksinə hərəkət edən maşınlar yollarda qalıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, işə tələsən, lakin yolda qalan insanlar ciddi narazılıq edir.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunda hər hansı geniş bir tıxacla bağlı onlara məlumat daxil olmayıb. Şöbə rəisinin sözlərinə görə, orada yollar təmir-tikinti işləri aparıldığı üçün sıxlıq yarana bilər. “Həmin istiqamətdə çox maşın olduğundan yolda tıxac yaranır. Həmçinin səhər saatları pik vaxt olduğu üçün Bakı-Sumqayıt yolunda tıxac olur”, – deyə K. Əliyev vurğulayıb.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!