Modern.az

Məlahət İbrahimqızı: “İnana bilmirdim ki...”

Məlahət İbrahimqızı: “İnana bilmirdim ki...”

Aktual

1 Aprel 2013, 15:40


“İrəvan-Van aviareysin baş tutması iki qardaş ölkə arasındakı münasibətlərə çox böyük zərbə vurmuş  olardı”. Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib. Onun sözlərinə görə, aprel ayında İrəvandan Vana aviareysin baş tutacağına əvvəldən inanmayıb.

  “Buna inana bilmirdik. Ona görə ki, Türkiyə Azərbaycan üçün analoqu olmayan dövlətdir. İstər xarici siyasətdə, istərsə də dövlət maraqlarında hər zaman biri-birimizi dəstəkləyirik. Strateji cəhətdən ən yaxın müttəfiqlərik. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunandan sonra Türkiyə Ermənistanla diplomatik əlaqələrini tamamilə dayandırdı və sərhədlər bağlandı. Bu günə qədər də Türkiyəyə ayrı-ayrı beynəlxalq təşkilatlardan, dünyanın güclü dövlətlərindən təzyiqlər olmasına baxmayaraq, Türkiyə bu təzyiqlərə dözür. Türkiyənin dövlət qurumlarında açıq-aşkar bəyan edirlər ki, Azərbaycan torpaqları erməni işğalçıları tərəfindən azad olunmayana qədər nə sərhədlər açılacaq, nə də diplomatik əlaqələr bərpa olunacaq. Bu nöqteyi-nəzərdən Türkiyənin Azərbaycana qarşı qardaşlıq mövqeyini əsas götürərək, inanmırdıq ki, İrəvanda Vana aviareys açılsın. Bu gün erməni və türk mətbuatında bu uçuşun baş tutmayacağı ilə bağlı qərar verildiyini xəbər aldım və buna çox sevindim”, – deyə millət vəkili bildirib.

 

Pərvin Arzuqızı  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!