Modern.az

Rusiya kanadalı məmurlara “stop” qoydu

Rusiya kanadalı məmurlara “stop” qoydu

Dünya

22 Sentyabr 2022, 21:16

Rusiya 87 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Məlumata görə, siyahıda ölkənin ştat və ərazilərinin rəhbərləri, hərbçilər, Kiyevi silah və texnologiyalarla təchiz edən şirkətlərin rəhbərləri, ölkə fəalları yer alıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, Rusiya bu qadağanı Kanadanın sanksiyalarına cavab olaraq tətbiq edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir