Modern.az

BDU-da "Kəlbəcər günü" - VİDEO

BDU-da

Aktual

24 Noyabr 2022, 18:00

Bu gün Bakı Dövlət Universitetində Kəlbəcərin işğaldan azad olunmasının 2 illiyi münasibəti ilə "Kəlbəcər günü" adlı tədbir keçirilib. 


Modern.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayonundan olan deputat Aqil Məmmədov, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, “Modern Media Group”un baş direktoru, “MediaTurk TV”nin rəhbəri, Əməkdar jurnalist Elşad Eyvazlı,  Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.


BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı Ələmdar Cabbarov çıxış edərkən deyib ki, noyabr əhəmiyətli hadisələr baxımından önəmli aydır: 

 

"Bu günlərin ən önəmlisi isə 25 noyabr Kəlbəcərin işğaldan azad olunduğu gündür. Biz kəlbəcərlilər üçün bu tarixin əhəmiyyəti böyükdür". 


Deputat Aqil Məmmədov Kəlbəcərin azadlığının qeyd edilməsilə böyük qürur hissi keçirdiyini bildirib:


“Kəlbəcər respublikamızın ən böyük dağ rayonu, zəngin bölgəsidir. 25 noyabrda ermənilər o rayonu özlərinə layiq şəkildə qaytardılar. Artıq çətin günlər geridə qalıb. Ölkə rəhbərinin rayonu iki dəfə ziyarət etməsi, böyük layihələrin təşkili onu göstərir ki, Kəlbəcər əhalisi tezliklə ora ziyarətə gedəcək. Biz qalib dövlətin qalib vətəndaşlarıyıq”.


YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov söyləyib ki, Kəlbəcər dünyanın təbiət muzeyidir, söz-saz məkanıdır:

 

“Möcüzələr diyarı olan Kəlbəcər cənab Prezindetin təşəbbüsü ilə yenidən qurulur. Əminəm ki, növbəti tədbirləri Kəlbəcərdə keçirəcəyik”. 

 

BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov qeyd edib ki, dövlət siyasi, iqtisadi sahədə o qədər güclü olmalıdır ki, qarşıya qoyduğu məqsədə çatsın: 

 

"Biz də bu məqsədə çatdıq. 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Mənim uşaqlığım Kəlbəcərdə keçib, ora gözəlliyin son nöqtəsidir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi