Modern.az

Erməni xəbər saytı hakerlərin hücumuna məruz qalıb

Erməni xəbər saytı hakerlərin hücumuna məruz qalıb

23 Mart 2010, 14:33

Ermənistanın ARMENIA Today informasiya saytı hakerlərin hücumuna məruz qalıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, saytın son 2 saat ərzində fəaliyyətində fasilə yarandığı qeyd olunur. Məlumatda bildirilir ki,  haker hücumlarının izi Azərbaycandan gəlir.

 

Hazırda saytın texniki xarakteristkasının bərpası yönündə işlər aparılır.  Agentliyin rəhbərliyi şeyd edir ki, sayt dəfələrlə haker hücumuna məruz qalıb. 

Qeyd edək ki, adı çəkilən saytın Ermənistanın özündə də düşmənləri az deyil.  Agentlik müxalifətin etiraz aksiyalarını və hakimiyyət əleyhinə bəyanatlarını geniş təbliğ edib.  Bir qədər əvvəl isə prezident Serj Sərkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair vermiş olduğu bəyanat da agentlik və prezidentin mətbuat xidməti  arasında problem yaradıb. Agentlik prezidentin bəyanatını olduğu kimi verdiyini, mətbuat xidməti isə təhrif olunduğnu bildirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!