Modern.az

F1 pilotlarının dəbilqəsində kamera quraşdırılacaq

F1 pilotlarının dəbilqəsində kamera quraşdırılacaq

İdman

25 Yanvar 2023, 12:39

Bu il keçiriləcək Formula 1 üzrə dünya çempionatında pilotlar dəbilqələrinə yerləşdirilən kameradan istifadə edə biləcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar verib.

 

Qərara əsasən, pilotlar dəbilqəyə yerləşdirilən kameradan yararlana biləcəklər. “Sürücü gözü” adlandırılan bu kamera yarışın sürücünün baxışları vasitəsilə yayımlanmasına şərait yaradacaq.

 

Qeyd edək ki, ilk dəfə 2021-ci ildə məşhur pilot Fernando Alonsonun Belçika Qran-Prisində istifadə etdiyi kamera bu il bütün iştirakçılara şamil ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!