Modern.az

Naftalanda Gənclər Günü qeyd olundu - FOTOLAR

Naftalanda Gənclər Günü qeyd olundu - FOTOLAR

Aktual

1 Fevral 2023, 16:46

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyində 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 26 illiyi münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini və əməkdaşları Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin, Heydər Əliyev Mərkəzinin kollektivi, şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin direktorları və gənclər iştirak edib.

 

Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edən natiqlər gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək 2 Fevral-Azərbaycan Gəncləri Gününün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər.

 

Sonda fəal gənclər müxtəlif nominasiyalar üzrə təltif olunub, həmçinin gənclərə Azercell Naftalan Telekomun hədiyyələri təqdim edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək