Modern.az

Təhsil işçisi yol qəzasında həlak oldu

Təhsil işçisi yol qəzasında həlak oldu

Hadisə

4 Fevral 2023, 23:20

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, “VAZ-21015” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qəzada həyatını itirən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək