Modern.az

Prezidentin yanaşması Qafqazda davamlı sülhün gerçəkləşməsi üçün yeganə çıxış yoludur

Prezidentin yanaşması Qafqazda davamlı sülhün gerçəkləşməsi üçün yeganə çıxış yoludur

Aktual

30 Aprel 2024, 10:14

Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma və demarkasiya prosesinin həyata keçirilməsi sülh müqaviləsi ilə birbaşa bağlı olmasa da, iki ölkə arasında etimadlı mühitin formalaşdırılması baxımından önəmlidir və bu, istisnasız olaraq, Bakı ilə İrəvan arasındakı vasitəçilərin iştirakı olmadan əldə olunan növbəti uğurlu nəticə kimi qiymətləndirilməlidir.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib. 


ABŞ-nın Dövlət Katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün dəstək ifadə etdiyinə diqqət çəkən millət vəkili qeyd edib ki, bu proses ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsidir: “Azərbaycan Prezidenti Birləşmiş Ştatların Dövlət katibi ilə telefon söhbətində bu məqama xüsusi olaraq toxunub və çox güman ki, dövlətimizin başçısının bu fikirləri kənar müdaxilələr olmadığı halda nəticə əldə etməyin mümkünlüyü reallığını önə çəkmək məqsədi daşıyır”. 


Azər Kərimli açıqlamasında Prezident İlham Əliyevin Azərbaycanın regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəklədiyinə dair fikirlərinə də diqqət çəkib.

 

Deputat qeyd edib ki, cənab Prezidentin yanaşması Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin təmin olunması, qarşılıqlı faydalılıq zəminində əməkdaşlığın gerçəkləşməsi üçün yeganə çıxış yoludur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi