Modern.az

Evimi söksünlər, amma yaxşı pul versinlər - Alatavadan VİDEOREPORTAJ

Evimi söksünlər, amma yaxşı pul versinlər - Alatavadan VİDEOREPORTAJ

27 Fevral 2023, 17:44

Yaxın vaxtlarda paytaxtın Yasamal rayonunun Alatava 1 qəsəbəsi söküləcək. Yasamalın icra başçısı Elşad Həsənov ötən gün yerli mətbuata açıqlamasında bildirib ki, Alatava 1 qəsəbəsində söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib. 

 

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb və yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq.

 

Elşad Həsənov söküləcək ərazidə yeni binaların inşa olunacağını bildirib.

 

Bəs qəsəbə sakinlərinin söküntüyə reaksiyası necədir? Onlar isti evlərini tərk etməyə hazırdılarmı?

 

Modern.az-ın əməkdaşı son günlərini yaşayan Alatava qəsəbəsinə baş çəkərək, sakinlərin fikirlərini öyrənib.

 

Söhbət zamanı məlum olub ki, vətəndaşların bəziləri qəsəbənin sökülməsinə razıdır, ancaq kompensasiyanın necə olacağına və onlara nə qədər vəsait verilməsinə aydınlıq gətirilməsini istəyirlər.

 

Daha ətraflı videoreportajda:

 

 

Operator: Əjdər İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı