Modern.az

Xocalıda ağır yol qəzası - Sürücü öldü

Xocalıda ağır yol qəzası - Sürücü öldü

Hadisə

15 Mart 2023, 08:00

Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı