Modern.az

Laçın yolundakı aksiyanın 96-CI GÜNÜ

Laçın yolundakı aksiyanın 96-CI GÜNÜ

17 Mart 2023, 08:07

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 96 gündür davam edir.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları gecə boyu yüksək fəallıq nümayiş etdiriblər.

 

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

 

Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

 

Qeyd edək ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!