Modern.az

Baş nazirin müavini quru sərhədlərinin açılmasından DANIŞDI

Baş nazirin müavini quru sərhədlərinin açılmasından DANIŞDI

Ölkə

17 Mart 2023, 16:10

Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılması məsələsi Operativ Qərargahın səlahiyyətinə daxildir.

 

Modern.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın Rusiya ilə sərhədində "Xanoba" gömrük postunun açılış mərasimində jurnalistlərin sualına cavab olaraq deyib.

 

Onun sözlərinə görə, epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək.

 

"Mən konkret müddətləri deyə bilmərəm, lakin deyə bilərəm ki, epidemioloji vəziyyətdən asılı olaraq Operativ Qərargah müvafiq qərarlar qəbul edəcək", - Şahin Mustafayev deyib.

 

Qeyd edək ki, martın 17-də yenidənqurmadan sonra "Xanoba" gömrük postunun istismara verilməsi mərasimi baş tutub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir