Modern.az

Putini həbs etmək müharibə deməkdir - Rusiyadan XƏBƏRDARLIQ 

Putini həbs etmək müharibə deməkdir - Rusiyadan XƏBƏRDARLIQ 

Dünya

23 Mart 2023, 22:23

Almaniyanın ədliyyə naziri bildirib ki, əgər Putin Almaniyaya gəlsə, biz onu həbs edəcəyik. O, guya hüquqşünasdır. 

 

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

O bildirib ki, bu qərarın icra olunması Rusiyaya qarşı müharibə elan etmək demək olacaq:

 

"Təsəvvür edək ki, bu, reallaşıb. Nüvə nəhənginin dövlət başçısı Almaniya ərazisinə gəlib və həbs olunub. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elan etmək deməkdir. Belə olsa, bizim bütün vasitələrimiz, raketlərimiz Bundestaqa, kanslerin ofisinə gedəcək".

 

Qeyd edək ki, bir neçə gün əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir