Modern.az

Ata ilə oğulun davası: Söyüş ölümə səbəb oldu

Ata ilə oğulun davası: Söyüş ölümə səbəb oldu

Hadisə

28 Mart 2023, 11:36

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Sənan Aftilov atası 58 yaşlı Hacımirzə Aftilovun ölümünə səbəb olub. İlkin araşdırma zamanı Sənanın atasını taxta ilə döyməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. 

 

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə söyüş üstündə baş verib.

 

H.Aftilovun qohumlarının sözlərinə görə, mərhum uzun illər alkoqol aludəçisi olub. Bu səbəbdən onların ailəsində tez-tez mübahisələr yaşanıb. Hadisə baş verən gün H.Aftilov sərxoş vəziyyətdə evə gələrək, ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Sənan buna etiraz edəndə atası əlindəki taxta parçası ilə onu vurmağa başlayıb.

 

Taxtanı atasının əlindən alan S.Aftilov ona zərbələr endirib. Atasının yerə yıxıldığını görən Sənan hadisə yerindən uzaqlaşaraq əmisigilə gedib. 

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır