Modern.az

Ramazanda musiqi səsləndirən radio bağlandı

Ramazanda musiqi səsləndirən radio bağlandı

Dünya

1 Aprel 2023, 20:11

Əfqanıstanda "Taliban" hakimiyyəti Ramazan ayında musiqi səsləndirdiyi üçün qadınların radiosunun fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Dari dilində "qadın səsi" mənasını verən "Sadai Banovan" radiostansiyası Əfqanıstanda qadınların idarə etdiyi yeganə radio stansiyasıdır və 10 il əvvəl fəaliyyətə başlayıb. Radioda altısı qadın olmaqla səkkiz işçisi çalışır.

 

“Əgər bu radiostansiya Əfqanıstan İslam Əmirliyinin siyasətini qəbul etsə və bunu bir daha təkrar etməyəcəyinə zəmanət versə, biz onun yenidən fəaliyyət göstərməsinə icazə verəcəyik”, - yerli rəsmilər bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!