Modern.az

Zidan “Əl-Nəsr”in təklifini rədd etdi

Zidan “Əl-Nəsr”in təklifini rədd etdi

İdman

26 May 2023, 08:00

“Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Zinəddin Zidan “Əl-Nəsr” komandasının təklifini rədd edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

 

Bildirilib ki, Səudiyyə klubu fransalı mütəxəssisə iki mövsüm üçün 150 milyon avro maaş təklif edib. Lakin o, təklifi qəbul etməyib.

 

Digər məlumata görə, “Əl-Nəsr” rəhbərliyi kluba baş məşqçi kimi İtaliya “Roma”sına başçılıq edən Joze Mourinyonun da namizədliyini nəzərdən keçirir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir