Modern.az

Avropa çempionumuz Vətənə döndü - FOTOLAR

Avropa çempionumuz Vətənə döndü - FOTOLAR

1 May 2024, 07:32

Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva Vətənə dönüb.

 

Modern.az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.

 

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.

 

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

 

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...