Modern.az

Bakıda yanğın - 3 nəfər tüstüdən zəhərləndi

Bakıda yanğın - 3 nəfər tüstüdən zəhərləndi

Hadisə

26 May 2023, 08:53

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır