Modern.az

Avtomobil yandıran şəxs TUTULDU 

Avtomobil yandıran şəxs TUTULDU 

Ölkə

27 May 2023, 15:44

Bakıda avtomobilin üzərinə benzin tökərək yandıran şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. 

 

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir