Modern.az

İcmanın Qadınlar Şurasının növbəti iclası keçirilib

İcmanın Qadınlar Şurasının növbəti iclası keçirilib

Qərbi Azərbaycan

14 İyun 2023, 22:56

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının növbəti iclası keçirilib.

 

İcmanın mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, iclas iştirakçıları 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı İcmanın fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə görüşdə etdiyi çıxış İcmanın fəaliyyətinin əsas yol xəritəsidir. Qadınlar Şurasının üzvləri, eləcə də Qərbi Azərbaycandan olan bütün ziyalı qadınlar qarşıya qoyulan tapşırıqların icrasına böyük məsuliyyətlə yanaşırlar.

 

Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin Humanitar fənlər kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru Afaq Məmmədova, həmin universitetin Xarici dillər kafedrasının müdiri Afət Abbasova çıxış edərək Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dair təkliflər səsləndiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir