Modern.az

İcmadan Fransaya ETİRAZ

İcmadan Fransaya ETİRAZ

Qərbi Azərbaycan

28 İyul 2023, 10:34

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı qərəzli bəyanatını qınayıb.

 

İcmadan Modern.az-a bildirilib ki, Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır.

 

Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir