Modern.az

Türkiyə səfirliyinin yeni mətbuat müşaviri: “Qapımız hər zaman sizlərə açıqdır” - MÜSAHİBƏ

Türkiyə səfirliyinin yeni mətbuat müşaviri: “Qapımız hər zaman sizlərə açıqdır” - MÜSAHİBƏ

22 Avqust 2013, 15:07

Türkiyə səfirliyinə yeni təyin olunmuş mətbuat üzrə müşavir Hamid Karadeniz Modern.az-a müsahibə verib

–Azərbaycana xoş gəlmisiniz. İlk təəssüratlarınız necədir?                                    

– Açığı, ilk dəfədir ki, Bakıya gəlirəm. Əslində o qədər də yabancı sayılmıram. Əslimiz Gürcüstanın Borçalı vilayətindəndir. Daha sonra Türkiyənin Qars vilayətinə köçmüşük. Buraya gəldiyim gündən özümü yad diyarda hiss etmirəm. Səmimi, gülərüz bir münasibətlə qarşılaşdım. Azərbaycanın media nümayəndələrini çox səmimi gördüm. Cəmi 1 ay 10 gündür ki, burdayam. Ramazan bayramı ilə əlaqədar qısa müddətliyə Ankaraya getdim. Tətil müddəti ilə əlaqədar hələ ki, buradakı KİV təmsilçiləri ilə görüşə bilməmişəm. Qısa müddət ərzində media nümayəndələri  ilə mütləq görüşüb onlarla daha yaxından tanış olacağam. Doğrudur, Ramazan ayında iftar süfrəsi verdik. Həmin vaxt media qurumları ilə bir araya gəldik. Amma hələ ki bütün media mənsubları ilə görüşməmişik.

– Hər halda, KİV-nin işi ilə ümumi tanışlığınız var.

– Təbii ki media qurumlarını daha yaxından tanımağım uzun zaman istəyir. Hazırda medianın işini izləyə bilirik. Bizləri maraqlandıran Türkiyə və Azərbaycanla bağlı məlumatları öz mediamıza göndəririk. Amma media qurumlarını iş yerində ziyarət etməyimiz hələ ki olmayıb. Eyni zamanda, Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşə bildik. Ondan kənar digər yoldaşlarla hələ ki görüşməmişik. Keçən həftə Türk dünyasının prezidentləri Qəbələ şəhərinə toplaşmışdı. Bir neçə media nümayəndəsi ilə orda görüşə bildik. İnşallah, media nümayəndələrini yaxından tanıdıqca qənaətlərimi özəl görüşlərimi paylaşacam sizinlə.

- Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşünüz zamanı nələri müzakirə etdiniz?

– Geniş müzakirə olmadı. Sadəcə olaraq Əflatun Amaşovu yenidən bu  vəzifəyə rəhbər seçilməsi münasibətilə təbrik etdim. Qısa zaman müddətində dediyiniz məsələlər daha əhatəli şəkildə  görüş çərçivəsində həll olunacaq. Mənim işimi dəyərləndirdiyiniz üçün şəxsən özüm sizə bir salam demək istədim. Qısa zamanda sizinlə də görüşümüz olacaq. Qapımız hər zaman sizlərə açıqdır. İstədiyiniz zaman gələ bilərsiniz. Çayımızı, qəhvəmizi bir yerdə içərik. Məmnuniyyətlə, sizləri gözləyirəm.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!