Modern.az

İsraildən sonra dünyadakı ikinci yəhudi DÖVLƏTİ

İsraildən sonra dünyadakı ikinci yəhudi DÖVLƏTİ

Reportaj

30 Oktyabr 2023, 12:08

Rusiyadakı radikal müsəlman dini təriqət üzvlərinin Dağıstanın Mahaçqala şəhərində İsraildən gələn təyyarənin sərnişinlərinə hücum etməsi ciddi rezonansa səbəb olub.
Radikallar İsrail-Fələstin müharibəsi fonunda yəhudilərin Rusiyaya gəlişinə etiraz ediblər. Bazar günü baş verən toqquşmalarda 20-dən çox adam yaralanıb.

Maraqlıdır ki, Mahaçqaladakı etirazçılar Rusiyada yəhidilərin kompakt yaşadığını unudublar...
 

Axı İsraildən sonra dünyada yeganə yəhudi inzibati-ərazi qurumu məhz Rusiyada yerləşir – bu, Yəhudi Muxtar Vilayətidir.

Mahaçqala hadisəsi Rusiya yəhudilərini ciddi şəkildə narahat edib.

Modern.az-ın məlumatına görə, Yəhudi muxtar vilayəti Rusiya Federasiyasının subyektlərindən biri olaraq həm də bu ölkədəki yeganə muxtar vilayətdir.

Vilayətin paytaxtı Birobican şəhəridir. Yəhudi muxtar vilayəti 1928-ci il may ayının 7-də yaradılıb. 

Yəhudi Muxtar Vilayəti Moskvadan 8000 kilometr şərqdə yerləşir. Cənubda Çinlə (Amur çayı boyunca), qərbdə Amur vilayəti ilə, şərqdə Xabarovsk diyarı ilə həmsərhəddir.



Yəhudi Muxtar Vilayəti federal bölgə olaraq Rusiya Federasiyasının Uzaq Şərq Federal Dairəsinə, iqtisadi bölgə olaraq isə Rusiya Federasiyasının Uzaq Şərq İqtisadi Bölgəsinə daxildir.

Qanunvericilik orqanı Yəhudi Muxtar Vilayəti məclisidir. Əsas qanunu isə vilayət Konstitusiyasıdır.

Ərazisi 36.000 km² olan Yəhudi Muxtar Vilayətində əhalinin sayı 2023-cü ilə olan məlumata görə, 147 458 nəfərdir. Amma əhalinin milli tərkibinə gəlincə, vilayətdə yaşayanların cəmi 0,6 faizini yəhudilər təşkil edir. Əhalinin 0,9 faizi ukraynalılar, 97,7 faizi isə ruslardı.

Bu fərq vaxtilə muxtar vilayətdə yaşayan yəhudilərin 1994-1998-ci illərdə kütləvi şəkildə Rusiyanı tərk etmələri nəticəsində yaranıb. Belə ki, həmin müddətdə yəhudilərin 59 faizi Rusiyadan İsrahilə mühacirət edib.
 

Yəhudi Muxtar Vilayətinin rəsmi dövlət dilləri idiş dili və rus dilləridir.

Vilayətə hazırda milliyətcə yəhudi olan Rostislav Qoldşteyn qubernatorluq edir.
 

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!